Elektron kitabxana

Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər.[1] Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər.[2]

  1. Witten, Ian H.; Bainbridge, David Nichols. How to Build a Digital Library (2nd). Morgan Kaufman. 2009. ISBN 9780080890395.
  2. Lanagan, James; Smeaton, Alan F. "Video digital libraries: contributive and decentralized". International Journal on Digital Libraries. 12 (4). September 2012: 159–178. doi:10.1007/s00799-012-0078-z.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in